Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi səmasında meteor müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib.
O bildirib ki, səmada ara-sıra sürətli hərəkət edən obyektlər görünür:
“El arasında buna ulduz axını deyirlər. Əslində, bunlar Günəş sistemindəki cisimlərdən, asteroidlərdən qopan daş, buz qəlpələrisir. Bu qəlpələr bəzən Yerin atmosferinə də sürətlə daxil olur, daha sonra yanıb kül olurlar. Bu gecə səmada müşahidə olunan meteorlar orionitlərdir. Bunlar Orion bürcünə düşdüyü üçün belə adlanır.
İlin aylarından asılı olaraq, hündür dağlıq ərazilərdən bu meteorları müşahidə etmək mümkündür. Orionitlər ən sürətli hərəkət edən meteorit hesab olunur. Onların sürəti saniyədə 66 kilometrə çatır. Onlardan bəziləri atmosferlə sürtüşmə zamanı külə çevrilsə də, Yerə çatanı da olur. Bu meteorlar yaşayış məskənlərinə düşəndə, fəsadlara səbəb ola bilər”.
- Bu ərazidə 3 saat işıq olmayacaq
- İndiyədək 73 ölkənin 2309 vətəndaşı İrandan təxliyə edildi
- Bu müəllimlər maaşdan əlavə 500 manat alacaqlar
- İlbər Ortaylının Azərbaycan haqda sözləri...
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...