Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Qarabağ”ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının nişan mərasimi keçirilib.
Bu məqamda “BUTA.TV” Qurban Qurbanovun kiminlə quda olduğunu öyrənib. Əldə etdiyimiz məlumata görə, təcrübəli mütəxəssis “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qohum olub.
Hazırda Bakı Dövlət Universitetində oxuyan iş adamının qızı Əsmər 4-cü kurs tələbəsidir. Cütlüyün toyu isə gələn ilin yayına planlaşdırılır.
Qeyd edək ki, “Qoçət” restoranlar şəbəkəsinin sahibi, qudası Qurban Qurbanov kimi vətənpərvər və dövlətə bağlı iş adamı kimi tanınır.

- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş
- Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova
- Bakıda metronun önündə "qayıq sürdülər" - Video
- Yol polisindən sürücülərə müraciət...
- Bakının bu rayonu 3 gündür istiliksiz qalıb
- Eldar Əzizov müşavirə keçirdi