Bakıda maşının nömrəsini oğurlayıb "Rənc Rover"ə bağladılar

17:42 - 4 Noyabr 2024 - GÜNDƏM

 Bakıda maşının nömrəsini oğurlayıb

Paytaxtın Yasamal rayonu ərazisində "Daevoo" markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanının oğurlanması barədə polisə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə oğurlanmış qeydiyyat nişanları noyabrın 3-də Nizami rayonu ərazisində R.İsgəndərliyə məxsus "Rənc Rover" markalı avtomobilin üzərində aşkar edilib və o, 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Bayramovla Mirzoyan Maltada görüşəcəkmi?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol