Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır.
Belə ki, Faiq Yunis oğlu Osmanlıya məxsus Badamlıq MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.
Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının Badamlıq MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.
- Sabahın havası bu şəxslər üçün əlverişlidir
- Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edildi
- Sabah hava necə olcaq?
- Xətaidə kanalizasiya kollektoru çökdü, evləri su basdı
- Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü
- Allahşükür Paşazadə: Yaxın dostumu itirdim
- Prezidentdən Ramazan bayramı münasibətilə paylaşım...
- Bayram namazı qılındı