24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalı (SAF – 2024) keçirilir.
BUTA.TV xəbər verir ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə gerçəkləşir.
Bu il 4-cü dəfə keçirilən “STEAM Azərbaycan”da ilk dəfə Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da təmsil olunur.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri builki festivalda süni zəka və incəsənət mövzusunda bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hər iki məktəbin şagirdləri ifaçılıq və rənglərlə harmoniya yaratmaq sahəsində süni zəka və yaşıl düşüncə vərdişlərindən faydalanacaqlar.
Festivalda “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi