Milli Məclisin bu gün keçirilən plenar iclasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına güzəşli ipoteka kreditlərinin verilməsi təklif olunub.
BUTA.TV xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov çıxış edib.
"Son illər güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ olan şəxslərin siyahısı genişləndirilib. Təklif edirəm ki, minatəmizləyənlər də bu siyahıya əlavə edilsin, eyni zamanda onlara güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verilsin. Bunun üçün “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb, müzakirə oluna bilər. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan ərazilərindən minalardan təmizlənməsinə 25 milyard ABŞ dolları vəsait və 30 il zaman lazımdır", - deyə o qeyd edib.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi