Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, qəza nəticəsində polis maşını daxil olmaqla 5 avtomobilə və şirniyyat mağazasına ziyan dəyib.
Bildirilir ki, polis maşını idarəetməni itirərək hərəkətdə olan “Hunday” markalı avtomobilə, daha sonra isə iki “Toyota Prius” və bir “Şevrolet”ə çırpılıb.
Qəza nəticəsində şirniyyat mağazasına da ziyan dəyib.
Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası dəvət olunub.
Ciddi xəsarət alanların olmadığı bildirilir.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi