Hazırda Azərbaycana yağan yağıntılarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda yağışdan sonra küçələrdə subasmasının səbəbini yağıntının illik normadan dəfələrlə artıq olmasında, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda yaranan problemlərdə görür.
BUTA.TV xəbər verir ki, xidmətin mətbuat katibi Ceyhun Musaoğlu Report-a açıqlamasında Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən boruların, drenaj sistemlərinin sovet dövründən qaldığını, bəzilərinin istismar müddətinin bitdiyini deyib.:
"Təbii ki, bunlar zaman-zaman dəyişdiriləcək. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşiblər. Eyni funksiyanı yerinə yetirilir. Bunların da zaman-zaman bir- birindən ayrılması prosesi həyata keçiriləcək”.
Xidmət rəsmisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə Bakıda evlərin, həyət evlərinin sayı artıb və bu evlər harada gəldi inşa olunur:
"Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlar qapalı vəziyyətdədir, üzərinə betonlar tökülüb. Hazırda bu kimi neqativ vəziyyətin aradan qaldırılması üçün də işlər görülür”.
C.Musaoğlu bildirib ki, normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı birinci şəxsdən rəhbərliyə qədər hər kəs səfərbər olaraq işləyir:
“Problemin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, o cümlədən Regional Su Meliorasiya Xidməti gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir. Bəzən texnika və işçi qüvvəsin çatdırmaq olmur, həmçinin yuxarıda sadaladığım problemlər işə maneə törədir. Elə yerlər var ki, suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, "Bakı şəhərinin Baş planı 2040"da şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət, kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Artıq bu işlərin həyata keçirilməsi üçün işlər başlayıb".
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...