Neymar ağladı - “Hər gün əzab çəkirdim”

16:39 - 21 Oktyabr 2024 - HADİSƏ

 Neymar ağladı - “Hər gün əzab çəkirdim”

 

Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.

BUTA.TV” xəbər verir ki, o, “NR Sports” yutub kanalında fikirlərini bölüşərkən ağlayıb. 

“Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim”, - futbolçu deyib.

Qeyd edək ki, “Əl-Hilal” Neymarı oktyabrın 21-də “Əl-Ayn” ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol