Oktyabrın 21-dən Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT).
Oktyabrın 24-dək davam edəcək “SIBOS-2024” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuad İslamov, Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov, departamentin şöbə müdiri Tural Oruclu təmsil edir.
SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır.
“SIBOS–2024” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən Bankın uzunmüddətli tərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW, Commerzbank, Deutsche Bank, ABN AMRO, ODDO BHF, Zurcher Kantonalbank, Raiffeisen, ICBC, Vakifbank, İşbank, Akbank, Mashreq, First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Həmçinin risk, hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, innovasiyalar sahəsində finteklərin nümayəndələri ilə də görüşlər olacaq, gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılacaq. ABB təmsilçiləri maliyyə texnologiyaları, süni intellekt, data ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edəcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...