Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədov Bakı Metropoliteni QSC-nin keçmiş rəisi T.Əhmədovla bağlı danışarkən deyib.
Ziya Məmmədov insanların fərd olaraq müxtəlif olduqlarını qeyd edib:
“Tağı Əhmədovun çox gözəl qəlbi var idi. Müəyyən sözlərinə görə kobud görünə bilərdi. Amma o da bəzi gərginliklər, streslər, işi ilə bağlı hadisələrlə əlaqədar baş verirdi. Mümkündür ki, həmin ərəfələrdə müəyyən suallar, qıcıqlandırıcı yanaşmalar adamın əsəbinə toxunurdu. O anda da məlum olduğu kimi, jurnalistlərə sərt sözlər deyirdi (gülür). Amma doğrudan da onun yumşaq ürəyi var idi”.
Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb:
“Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında həm həmkar, həm eyni sahənin işçiləri kimi çox müsbət təəssüratım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.
Sabiq nazir deyib ki, Tağı Əhmədov olduqca yaxşı insan olub:
“Həyatın enişli-yoxuşlu yolları var. Ola bilsin, müəyyən anlarda nəyəsə əsəbiləşib, kobudluq edib. Hər bir insan əsəbiləşə bilir, gərginlik keçirir. Həmin an xoşməramlı suallar verilməyəndə insan istər-istəməz qıcıqlanır və kobudluq edə bilir. Allah bağışlayanı sevər. Tağı Əhmədov artıq dünyasını dəyişib. Onu da bağışlamaq lazımdır. Hesab edirəm, ondan incik olan da, onu sevən hər kəs də ona halallıq verməlidir. Mən də haqqımı halal edirəm. Bizim də münasibətlərimiz olub, bəzi hallarda gərgin münasibət yaşanıb. Amma nəticədə Tağı Əhmədovun gözəl ürəyə sahib olduğunu bilirəm. Bir daha Allahdan ona rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verirəm”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir