“iPhone 17” belə olacaq

12:52 - 20 Oktyabr 2024 - IKT

 “iPhone 17” belə olacaq

İncə korpusa malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları ortaya çıxıb.Oxu.Az xəbər verir ki, bu barədə "GSMArena" portalı məlumat yayıb.

Bildirilib ki, "iPhone 17 Slim" və ya "iPhone 17 Air" A19 çipi və 8 GB RAM ilə təchiz ediləcək. Bu, smartfona "Apple Intelligence AI" süni intellekt sistemini dəstəkləməyə imkan verəcək. azal vakansiya

Bundan əlavə, "iPhone 17 Slim" 48 MP arxa və 24 MP ön kameraya sahib olacaq. Smartfon 6,6 düyümlük displey, "Face ID" skaneri, alüminium çərçivə və tamamilə yeni dizaynla seçiləcək. Yeni məhsulun "iPhone Plus" modelini əvəz edəcəyi gözlənilir.

Flaqman "iPhone 17 Pro" və "Pro Max"a gəlincə bu cihazlar A19 Pro çipi, 6,3 və 6,9 düyümlük displeylər, 12 GB RAM, 48 MP telefoto obyektiv və 24 MP ön kamera alacaq. Bununla belə, "iPhone 17 Pro Max" yeni üz tanıma sistemi sayəsində daha dar "Dynamic Island" kəsiyinə sahib olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol