Qadını şantaj edib 3000 istədi

18:10 - 19 Oktyabr 2024 - HADİSƏ

 Qadını şantaj edib 3000 istədi

 

Gəncədə qadın fotoları ilə hədələnib. 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “BUTA.TV”ya verilən məlumata görə, xanım sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini deyir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol