2024.10.18, 22:14
Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Şinəbənd kəndində baş verib.
Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov odun peçini qızdırarkən benzindən istifadə edib. Bu zaman sobadan yayılan alov iki yaşlı uşağın paltarını yandırıb. Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova övladını xilas etmək istəyərkən özü də yanıq xəsarətləri alıb.
İki yaşlı uşaq və anası Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, atası isə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Uşağın bədən səthinin 90%-i yandığından vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.
***
Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.
2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir