Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

09:11 - 19 Oktyabr 2024 - SİYASƏT

 Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

Rusiya Ukraynadakı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa hazırdır.

BUTA.TV APA-ya istinadən verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib.

O, Rusiyanın Kiyevlə ancaq İstanbul razılaşmaları əsasında dialoq aparmağa hazır olduğunu söyləyib.

Putin bildirib ki, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Putin hesab edir ki, Kiyev əvvəlcə Rusiya Federasiyası ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

O deyib ki, Rusiya Federasiyası Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün:

"Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri üçün döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır, Qələbə bizim olacaq".

Rusiya prezidenti Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Onun sözlərinə görə, dayanıqlı sülh üçün şərait lazımdır.

Putin qeyd edib ki, NATO Rusiya ilə Ukrayna əsgərlərinin əli ilə vuruşur, Kiyevin üçüncü ölkələrin maraqları naminə öz hərbçilərinə heyfi gəlmir:

"Ukrayna ordusunun özü yüksək dəqiqlikli silahlardan istifadə etmək iqtidarında deyil, bütün bunları NATO mütəxəssisləri edir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol