Şimali Koreya Ukraynadakı müharibədə iştirak etmək üçün 12 min əsgər göndərmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın kəşfiyyatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, ötən gün Ukrayna lideri Zelenski Brüsseldə çıxışı zamanı KXDR-dən müharibəyə cəlb oluna biləcək 10 min hərbçidən danışıb:
“Rusiya isə Moskvanın Şimali Koreya hərbçilərini Ukraynada əməliyyatlara cəlb etməyə hazır olması ilə bağlı son xəbərləri təkzib edib. Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakını müzakirə etmək üçün kəşfiyyat, hərbi və milli təhlükəsizlik rəsmiləri ilə planlaşdırılmamış təhlükəsizlik toplantısı keçirib. Cənubi Koreya rəsmiləri Şimali Koreya qoşunlarının bir hissəsinin Rusiyada olduğunu və Ukrayna ilə müharibədə iştirak etdiyini bildirib, lakin bu cür yerləşdirmənin mahiyyəti, ölçüsü ilə bağlı dəqiq cavab verməyib”.
Xatırladaq ki, Rusiyanın artıq şimali koreyalılardan ibarət 3 minlik batalyon yaratdığı və Donbasa yerləşdirdiyi haqda məlumat yayılmışdı.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi