Rəsmi Bakıdan Fransaya cavab

20:33 - 18 Oktyabr 2024 - CƏMİYYƏT

 Rəsmi Bakıdan Fransaya cavab

 

“Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun “France Inter” kanalına müsahibəsi zamanı, “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmanın göstəricisidir”.

BUTA.TV” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürüb.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

“Ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur.

Maraqlıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozulmasını tənqid etməyib.

Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik”, - Ayxan Hacızadə vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol