Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir.
BUTA.TV xəbər verir ki, il çərçivəsində mövsümü olaraq həyata keçirilən ağacəkmə kompaniyasının növbəti mərhələsinə start verilib.
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiya rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir.
Oktyabrın 18-dən başlanan və cari ayın 28-nə kimi davam edəcək aksiyada ümumilikdə 16500 ədəd ağac və həmişəyaşıl gül kolları əkiləcəkdir. Əkilən ağaclara lazimi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir