2023-cü ildə Azərbaycanda mağazalarda polietilen torbaların pullu olması ilə bağlı yeni qərar qəbul edildi. Bu addım təbiətin qorunması və ekoloji həssaslıq məqsədi ilə təqdim olundu, vətəndaşların daha az polietilen torba istifadəsi hədəflənmişdi. Qərara əsasən, kiçik torbalar 3 qəpik, böyük torbalar isə 5 qəpik qiymətinə satılmağa başlandı. İndi həmin qərardan sonra bir il keçib. Bəs nəticələr nədən xəbər verir? Məqsədə nail ola bildikmi?
BUTA.TV-nin məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 14 244.8 ton polietilen torba istehsal və istifadə edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 26% artım deməkdir. Rəqəmlər göstərir ki, torbaların pullu edilməsi ekoloji həssaslıq yaratmaq əvəzinə, əks effekt verib – insanların polietilen torbalar istehlakı daha da çoxalıb.
Cəfərli vurğulayıb ki, polietilen torbalarla bağlı problemin həlli üçün geniş ictimai təşviq proqramlarına, sosial çarxlara, reklam kampaniyalarına və təhsilin məktəbdən başlayaraq bu mövzuya diqqət yetirməsinə ehtiyac var. Bu istiqamətdə maarifləndirmə və davamlı PR addımları atılmadan, ekoloji problemlərin həlli mümkün deyil.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir