“Bakıkart”la bağlı mühüm açıqlama: Vəsaitlər silinir?

13:32 - 18 Oktyabr 2024 - GÜNDƏM

 “Bakıkart”la bağlı mühüm açıqlama: Vəsaitlər silinir?

“Bakıkart” mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.

BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) keçirilən ictimai dinləmədə AYNA rəsmiləri qeyd edib.

Məlumata görə, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “Bakıkart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.

Həmçinin bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. "Bakı Metropoliteni"nin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol