Bildiyiniz kimi, bu günlərdə Niderland parlamenti Azərbaycanla bağlı iki bədnam qətnamə qəbul etdi və Milli Məclis adından onlara layiqli cavab verildi. Ona görə də hesab və təklif edirəm ki, Milli Məclisdə iclaslararası bəyanatlarla çıxış etmək üçün rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var.
BUTA.TV xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, daxili nizamnaməyə görə Milli Məclis sədrinin səlahiyyətlərinə müavinləri və komitə sədrləri ilə birgə illik planları hazırlayıb bunu Prezident Administrasiyası ilə razılaşdırmaq daxildir:
"Amma kollegial qurumun yaranması da müzakirə edilə bilər və ya Milli Məclis sədrinə səlahiyyət verilsin ki, iclaslararası dövrdə bəyanatla çıxış etsin. Çünki buna hazırda ehtiyac var".
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi