Polietilen torbalar pullu oldu: nəticə şok etdi?

14:02 - 17 Oktyabr 2024 - GÜNDƏM

 Polietilen torbalar pullu oldu: nəticə şok etdi?

Polietilen (sellofan) torbaların mağazalarda pullu olması əks effekt verib.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

O xatırladıb ki, polietilen torbaların təbiətə vurduğu ziyanı nəzərə alaraq, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da onun pulla satılmasına (böyük torbalar 5, kiçik torbalar 3 qəpik) qərar verildi. Məqsəd bu torbalardan istifadəni azaltmaq idi:

“Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu, keçən ilin eyni dövrü (yəni, torbalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

N.Cəfərlinin sözlərinə görə, torbaların pullu olmasının məsələni həll etməyəcəyini hələ o zaman gündəmə gətirib:

“Torbaları pullu etməklə iş bitmir, bunun təbliğat, PR ayağı da olmalıdır, heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək. Bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və məktəbdən başlamaqla həll oluna bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol