Təcili yardım çağırışları ilə bağlı yenilik...

12:28 - 17 Oktyabr 2024 - GÜNDƏM

 Təcili yardım çağırışları ilə bağlı yenilik...

Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a Rəqəmsal Tibbi Həllər MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.

O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.

Şöbə müdiri həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

"Bu sistemin daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Eyni zamanda103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək.

Sistemin digər bir üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir. Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəsətənin olduğu məkana çata bilərlər. Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yeniik vasitəsilə ehtiyac yaranan halarda briqada həkimləri 7/24 online rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol