Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra onun haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 30-a təyin olunub.
Qeyd edək ki, Abroad MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. Çoxsaylı şikayət əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi