Kənd Təsərrüfatı Nazirliyi (KTN) 433 146,14 manat dəyərində lisenziya, sertifikat, xidmət, təchizatçı dəstəyi, zəmanətlər və səs sistemi avadanlıqları alacaq.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, KTN artıq bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Caspel" şirkəti seçilib.
Bu şirkət 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 146 020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 50B-də yerləşir. Caspel MMC-nin qanuni təmsilçisi isə Ceyhun Məhi oğlu Quliyevdir.
Ceyhun Quliyev 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.
Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq