Astarada məktəbli intihar edib.
BUTA.TV xəbər verir ki, intihar edən Məhəmmədəli Şamil oğlu Qəmxarov Astara rayonunun Siyaku kənd məktəbinin 11-ci sinif şagirdi olub.
Məlumata görə, onun meyiti Təngərüd kəndindəki evində aşkarlanıb.
Oxu.az-ın məlumatına görə, hadisəyə səbəb məktəblinin qız istəməsi olub.
İlkin ehtimala görə, istədiyi qızdan "yox" cavabı alan M.Qəmxarov yaşadığı evin həyətindəki yarımtikilidə canına qəsd edib.
Yeniyetmənin özündən başqa bir bacısı və bir qardaşı var.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq