Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa Respublikasının vətəndaşı Cedric Michelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rumıniyanın və Lüksemburqun səlahiyyətli orqanlarına təhvil verilib.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq