3 vəkilə töhmət verildi

11:18 - 15 Oktyabr 2024 - GÜNDƏM

 3 vəkilə töhmət verildi

Yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib.

BUTA.TV xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının yaydığı məlumatda deyilir.

Bildirilib ki, Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanından müvəffəqiyyət qazanan, icbari təlimi uğurla başa vuran, dövlət qulluğunda olduğuna görə 6 ay müddətində möhlət alaraq andiçmə mərasiminə gəlməyən namizədlərə qaydalara uyğun olaraq imtahan nəticələri ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Eyni zamanda iclasda vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunması məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol