Gədəbəydə qızqaçırma hadisəsi olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.
Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq