VII çağırış Milli Məclisin deputatlarına köməkçilər təyin olunub.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddətinə yeni çağırış Milli Məclisin ilk iclas günü xitam verilir.
Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb.
Deputat köməkçiləri ayda 1200 manat maaş alırlar.
Deputat köməkçisinin təyinatı “Deputatın statusu haqqında” Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:
– Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
– Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
– Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
– Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq