Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.
Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.
Həmçinin, nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.
Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
- Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
- Azərbaycanın ən varlı şəxsləri - Siyahı
- Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu
- “28 May” Nəqliyyat Mübadilə Mərkəzi işə başlayır
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- BBAK gücləndirilmiş iş rejiminə keçir
- Vüsal Nazim vəfat etdi
- Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur