Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, həmin kənddə mağazadan "nisyə" məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb.
Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub.
Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib.
Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı