Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

09:58 - 11 Oktyabr 2024 - GÜNDƏM

 Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

Çeçenistan lideri Ramzan Kadırov Dağıstandan olan senator və milyarder Süleyman Kərimov, həmçinin Dövlət Dumasının iki deputatı – Bexan Baraxoyev və Rizvan Qurbanovu qan davası ilə hədələyib.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Kadırov bu barədə respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə keçirilən görüşdə bildirib.

“Buna səbəb sentyabrın 18-də Moskvada “Wildberries” ofisi yaxınlığında baş verən hadisələr olub. Bir qrup şəxsə sifariş veriblər ki, mənə sui-qəsd hazırlasınlar. Bununla bağlı şahidlər də var. Əgər əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov, Rizvan Qurbanova rəsmən qan davası elan edirəm”, – o məlumat verib.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı iş adamlarından biridir. 2019-cu ildə onun sərvəti 6,3 milyard dollar olub.

Bekhan Baraxoev – sahibkar, Dövlət Dumasının İnquşetiyadan olan deputatıdır.

Rizvan Qurbanov – Dağıstan əsilli siyasətçi, Dövlət Dumasının Başqırdıstandan olan deputatıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol