Böyük Britaniya kralı III Çarlz noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP-29 iqlim sammitində iştirak etməyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “PA Media” saytı yazıb.
Sayt qeyd edir ki, Britaniya kralı ilin əvvəlindən xərçəngdən müalicə alır.
“COP-29 sammiti kral və kraliçanın Avstraliya və Samoaya uzun səfərinin başa çatmasından cəmi iki həftə sonra başlayacaq. Həkimin məsləhəti ilə xaricə səfər qısaldıldı, Yeni Zelandiya səfər marşrutundan çıxarıldı və müəyyən dəyişikliklər edildi. Kral həmçinin İngiltərədən kənarda olduğu 11 gün ərzində xərçəng müalicəsini dayandıracaq”, - məlumatda bildirilir.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq