Reklamların günümüz reallığının ayrılmaz hissəsinə çevrildiyi hər kəsə məlumdur. Əgər bir məhsulun satışını həyata keçirmək istəyiriksə, ən birinci ağıla reklam gəlir. Bu gün istər sosial şəbəkələrdə, istərsə də televiziyada saysız-hesabsız reklam var.
Bəs bu reklamlar nə dərəcədə uğurludur? BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan xalq artisti Əbdül Mahmudbəyov bildirib ki, əsas məsələ reklamın süjetidir.
Onun sözlərinə görə, bəzi firmalar “əsas reklam olsun” deyib, kim gəldi, necə gəldi reklamlarını həvalə edirlər. Bu isə gülünc vəziyyətin ortaya çıxmasına səbəb olur:
“Bu gün bizim reklamlarımız biabırçı durumdadır. Hamınızın yerli telekanallarda gündə 10 dəfə gördüyü “Metak” borularının reklamına diqqət çəkmək istəyirəm. O reklamı çəkənlər də, telekanalında yayımlayanlar da Azərbaycan xalqını təhqir edirlər. Azərbaycan xalqının milli qəhrəmanı, Şirin üçün dağları dələn Fərhadı tumanını darta-darta, corabını cıraraq reklam obrazı ediblər. Bu reklamı çəkənlər bizim dəyərlərimizi təhqir edirlər.
Sən demə, o boyda əsər, tariximiz, Nizaminin, Fizulinin qəhrəmanı şlanq reklamı üçünmüş... Biabırçılıqdır...
Millət öz dəyərini, tarixini şlanq reklamlarına, lazımsız sosial verilişlərə qurban verir”.
Sənətçi tənqidi fikirlərini belə davam etdirib:
“Yerli telekanallara nəzarət edən qurum xalqın mənəviyyatını, əxlaqını korlayanları cəzalandırmalıdır. Millətin şuüru korlanır, gənc nəslin mənəviyyatı məhv olur, heç kəs səsini çıxarmır.
Bunların nəticəsində Elgizlər, Xoşqədəmlər, Zaurlar ən reytuinqli verilişlərin sahibi olurlar. Elə bu xalqa əcəb edirlər, onları öpürəm. Bu xalqa nə edirlərsə, düz edirlər!”
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir