Noyabrda Bakıda keçiriləcək COP29 sammiti çox ciddi və dünyaca əhəmiyyətli tədbirdir. Artan müharibələr və münaqişələr fonunda planetin gələcəyi ilə bağlı narahatlıq doğuran məsələlər var. Bütün bunların müzakirə olunacağı, hətta həll ediləcəyi bir ölkə, şübhəsiz, tarixdə iz qoyacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli COP29 qabağı Qərbin Azərbaycana qarşı qara PR kampaniyasını intensivləşdirməsini şərh edərkən deyib.
O bildirib ki, Qərbdəki bəzi dairələr bu tədbirin Bakıya qazandıracağı üstünlükləri yaxşı bilir:
“Başda Fransa olmaqla bəzi dairələr Azərbaycanı gözdən salmaq, nüfuzuna xələl gətirmək, hətta daxili auditoriyada sammitlə bağlı qəzəb yaratmaq üçün bu yola əl atırlar.
Burada ən çox Fransa detalı diqqət çəkir. Rəsmi Paris bir müddət öncə baş tutan Paris Yay Olimpiya oyunlarında üzləşdiyi fiaskonu unutdurmaq istəyir. Açıq irqçilik, islamafobiya ilə yadda qalan Paris-2024 bu gün də geniş müzakirə edilir. Belə bir uğursuzluğu ancaq başqa, daha böyük fiasko unutdura bilər. Fransa bu gün canla-başla çalışır ki, COP29 ilə bağlı qara PR kampaniyası aparsın və tədbiri sabotaj etsin”.
“Bir müddət öncə Fransadan ölkəmizə gələn jurnalistin əsassız şəkildə yazdığı məqalə də Parisin məqsədinin nə olduğunu göstərir. Fikrimcə, hələ tədbirə qədər, hətta sonrasında da biz Fransa və Qərbin bu kimi anti-Azərbaycan mövqeyi və qara PR kampaniyası ilə üzləşəcəyik. Amma belə ucuz variantlar Bakını yolundan döndərə bilməz”, - politoloq bildirib.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir