Yaşlı küçə cütlüyü olan xain idbarlar…

16:12 - 7 Oktyabr 2024 - GÜNDƏM

 Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Eyni mövzuya iki gün ardıcıl müraciət etdiyim yadıma gəlmir. Bu dəfə belə etməyimin çox ciddi səbəbi var: son siyasi-mənəvi nəfəsini yaşamaqda olan qaragüruhçu izdivacın - Əli Kərimli-Cəmil Həsənli tandeminin antidövlət xətti.

Azərbaycana qarşı misilsiz təzyiq, təhdid hərəkatına başlamış ABŞ və ona əlaltılıq edən dövlətlərə ümumxalq cavabı tələb olunduğu bir zamanda açıq xəyanət yolu tutan, okeanın o tayından üzərimizə gələn hücumlara dəstək verən bu iki nəfər əllərində olan sosial medianın imkanları ilə Azərbaycanın milli maraqlarını birbaşa nişan alır. Bu “xəyanət nikahının” fəaliyyətini kimsə görməzliyə vurur, kimsə bunlara əhəmiyyət verməməyə çağırır, bir başqası isə sadəcə gözləmə mövqeyi tutur. Əli Kərimli-Cəmil Həsənli şəxsən məndən ötrü heç bir siyasi məzmuna malik olmayan yaşlı küçə adamı cütlüyüdür. Amma onların təhlükə yaratmadığını da zənn etmirəm. “Bu adamlar və yan-yörələrindəki fəallar mütəşəkkil cinayət fəaliyyəti ilə məşğuldurlar” -deyərdim, əlbəttə, qanun izn versəydi.

ABŞ konqresmenlərinin Ermənistana ən fəal şəkildə diplomatik-siyasi dəstək verdiyi, Qarabağ mövzusunu erməni marağında gündəmə gətirdiyi indiki zamanda məhz bu iki nəfər Milli Şura adı altında əslində millət əleyhinə çıxışlar edir, öz təsir dairələrində saxladıqları təcrübəsiz, məlumatsız, savadsız gənclərə antidövlət mövqe aşılayırlar. Mən sosial şəbəkələrdə hökm sürən aqressiv qara kütlə ovqatından xəbərdaram. İki gündür yeni sürətlə məruz qoyulduğum linçi də görürəm. Amma dayanmaq niyyətim yoxdur. Vətənimizə qarşı, dövlətimiz əleyhinə mübarizə aparmaqla Qarabağın yenidən Ermənistana qaytarılması prosesinə start vermiş kollektiv Qərblə eyni səngəri bölüşən, antiazərbaycan cinahında, öz millətinə, xalqına qarşı döyüşən belə idbarlara qarşı hər kəsi öz sosial hesabından müqavimətə çağırıram. Soyuqqanlı baxmaq, laqeyd qalmaq, susmaq və gözləmək vaxtı deyil. Bu iki nəfər anlamalıdır ki, adları Əli, Cəmil deyil, sadəcə, xainlərdir! Məşğul olduqları işin də adı siyasət deyil, xəyanətdir!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol