Sosial şəbəkələrin xüsusilə Feysbuk seqmenti əsasən qaragüruhun və ya bu toplumun linçinə hədəf olacağından qorxduğuna görə həmin kütləyə işləməyi seçən, ya da sadəcə təbiətindəki riyakarlığa görə onlara işləyən bir ovuc “ziyalı”nın total nəzarəti altındadır. Bu faktı etiraf etmək lazımdır. Əgər etiraf edilməzsə, “vəziyyətdən neçə çıxmalı” sualına cavab tapmaq da mümkün olmayacaq.
Prezident İlham Əliyevin Cəbrayıla qayıdan sakinlərlə görüşü zamanı etdiyi olduqca mühüm çıxış-müraciətlə bağlı qaragüruhçu-tarixçi Cəmil Həsənlinin yazdığı zərərli qeydləri oxudum və üzr istəyirəm, sadəcə… tüpürdüm. Bu adama, onun bütün titullarına, yaradıcılığına, mövcudluğuna tüpürdüm! Bu adamda qızından başqa hörmətə layiq heç nə tapmadım… Demək, sən busansa, heç nə deyilsən! İnsan öz xalqının qələbəsinə, öz dövlətinin uğuruna nə qədər nifrət etməlidir ki, Cəmil Həsənli ola bilsin! Bu adamın, onun kimilərin sosial şəbəkələrdə - xüsusilə Feysbukda yaratdığı antisanitariyanın səbəbi isə cavabsız qalmalarıdır, susanlardır, laqeydlərdir, etinasızlardır! Bu saat bu sətirləri oxuyandan sonra “əşşi…” deyib keçənlərdir. Etməyin belə!
Cəmil Həsənli olmağın, onun kimiliyin ayıb bir iş olduğunu özünüzə, öz ətrafınıza, yaxınlarınıza, övladlarınıza, tanıdığınız hər kəsə izah edin. Belə düşüncə sahiblərinin təhlükəsini artıran onların titul, dərəcə, müəyyən ictimai qiyafə altında gizlənə bilmələridir! Prezidentin Cəbrayıl çıxışının üzərinə getmək isə sadəcə namərdlik, vətənə xəyanətdir! Bu günlər ayıq olmaq, dövləti qorumaq hər birimizin əsas tapşırığıdır. Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və s. bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır. Dünyanın ən güclü və eyni zamanda ən haqsız dövlətləri ilə eyni vaxtda vuruşan dövlət başçısının taleyüklü çağırışının üzərinə getmək Ermənistanın, Xocalı soyqırımının müəlliflərinin, qız-gəlinlərimizi əsir götürənlərin, uşaq qatillərinin, 30 illik işğalı törədənlərin yanında olmaqdır!
Köçəryan olmaqdır.
Sərkisyan olmaqdır!
Balasanyan olmaqdır!
Sən azərbaycanlı deyilsən, sadəcə, Zori Balayansan, Cəmil Həsənli! Şərəfə baxanda isə ondan da aşağıdasan! Bu qədər!
P.S. Bu təkcə status deyil, daha çox TESTDİR!
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir