Yaxın Şərq böyük bir müharibəyə doğru irəliləyir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclası zamanı deyib.
O bildirib ki, İsrail rəhbərliyi Tehran və Vaşinqton arasında birbaşa münaqişə yaratmaq niyyətindədir.
“Hizbullah hərəkatının lideri Həsən Nəsrullahı öldürməklə İsrail münaqişəni qəsdən qızışdırıb, İran tərəfi isə müstəsna təmkin nümayiş etdirib. Bu, Livan və bütün Qərbi Qüds üçün fəlakətli nəticələrlə doludur. İsrail rəhbərliyi öz planlarını həyata keçirməyə davam edərsə, münaqişə bütün dünyanı təhdid edəcək və ağlasığmaz eskalasiya riski yaranacaq. İsrail rəhbərliyinin nəyin bahasına olursa-olsun əsas regional rəqibi İran və ABŞ arasında birbaşa münaqişə yaratmağı planlaşdırdığı getdikcə daha aydın olur”, – deyə o, vurğulayıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir