Masallının üç yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
BUTA.TV-ın məlumatına görə, Masallı rayon ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyə yoxlanılması üçün Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayon Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar Ərçivan qəsəbəsində ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi