Zelenski Melonini ABŞ-la danışmağa məcbur edir

16:26 - 8 Sentyabr 2024 - GÜNDƏM

 Zelenski Melonini ABŞ-la danışmağa məcbur edir

Ukrayna Prezidenti Vladimir Zelenski istəyir ki, İtaliya Baş naziri Ciorcia Meloni “Partiot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə təhvil verilməsi ilə bağlı Vaşinqtonla danışıqlarda vasitəçilik etsin.

BUTA.TV xəbər verir ki, bu barədə “Messaggero” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Zelenski Meloni ilə Çernobbio iqtisadi forumunda görüşüb. Ukrayna lideri avadanlıqların Kiyevə ötürülməsi məsələsində Romanın vasitəçi roluna ümid edir. O, Meloninin ABŞ-dakı seçkilərdən əvvəl Vaşinqtonu əhəmiyyətli sayda “Patriot”lar təhvil verməyə məcbur etməsini istəyib", - məlumatda bildirilib.

Məlumata görə, tərəflər arasında Ukraynaya iyunda təhvil verilməli olan, lakin tədareke təxirə salınan “SAMP-T” HHM sistemləri ilə bağlı da müzakirələr aparıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol