Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya lideri Vladimir Putinin təklif etdiyi sülh planına əməl etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə Zelenskinin qışa qədər münaqişəyə son qoyulmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
O bildirib ki, hərbi əməliyyatların başa çatması etibarlı beynəlxalq təhlükəsizlik nizamının bərpasına imkan verəcək.
Slutski qeyd edib ki, Ukrayna prezidenti son ukraynalıya qədər Rusiyaya qarşı müharibəni davam etdirmək istəyən Qərb siyasətçilərinə əbəs yerə meyil edir:
"Qərbin Kiyev rejiminə növbəti silah tədarükü xüsusi hərbi əməliyyatı ləngidəcək, lakin onun gedişatını dəyişməyəcək".
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı