İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib.
BUTA.TV xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, xüsusilə Cenin, Tulkərm şəhərləri və Əl-Faraa qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib.
Bildirilib ki, ümumilikdə bir həftə ərzində orada 35-ə yaxın fələstinli radikal məhv edilib. Terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.
Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, partlayıcı maddələrin istehsalı üzrə üç laboratoriya dağıdılıb.
- “İdrak”da müəllimi güllələyən şagird haqda bu xəbər təkzib edildi
- Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü