Salyan rayonunda ağır yol qəzası baş verib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində Neftçala rayon sakinləri - Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı