İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb.
Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.
Qadını Təl-Əvivin mərkəzindəki bölməyə aparan polis əməkdaşları məsuliyyətə cəlb etmək niyyətindədir.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video