İstirahət günlərində, sentyabrın 7-8-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Göygöl milli parkında əsasən yağmursuz hava şəraiti gözləyir.
Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 23-26° olacaq.
Şahdağ milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 isti, gündüz 23-26 isti olacaq.
Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 22-25° olacaq.
Samur-Yalama milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-29° olacaq.
Şirvan milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21°, gündüz 27-29° olacaq.
Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 29-31° isti olacaq.
Qızılağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 28-30° olacaq.
Hirkan milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 28-30° olacaq.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı