Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.
BUTA.TV APA-ya istinadla Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.
Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.
Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, Azərbaycan Dəmir Yolları QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.
2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı