Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.
Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.
M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, əminliklə təxmin etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək.
- Onların əmlaklarının sığortasında nöqsanlar aşkarlandı
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi