53 yaşlı rusiyalı idmançı Yelena Prokofyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
BUTA.TV xəbər verir ki, stolüstü tennisçi yarımfinalda yaponiyalı Kanami Furukavaya qalib gəlib - 3:2 (5:11, 11:9, 10:12, 11:7, 11:6).
Prokofyeva finalda Yaponiyanın digər təmsilçisi Natsuki Vada ilə üz-üzə gələcək. Qızıl medal uğrunda qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yelena Prokofyeva Tokio paralimpiadasında qızıl medal əldə edib. O, 2018-ci ildə dünya çempionu olub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır