Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, kiber cinayətkarlığın yeni forması müşahidə olunur:
"Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb".
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq